AZE | RUS | ENG |

Ermənistan Azərbaycanla Aİ arasında saziş imzalanmasına xələl gətirmək istəyir

Ermənistan Azərbaycanla Aİ arasında saziş imzalanmasına xələl gətirmək istəyir
Ermənistan Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında saziş imzalanmasına xələl gətirmək istəyir. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deputat Fərəc Quliyevin müharibə çağırışına münasibət bildirərkən deyib. O.Əsədov qeyd edib: "Müharibəyə çağırış etməklə nə əldə edəcəyik? Əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkündürsə, niyə müharibə çağırışı etməliyik?” O bildirib ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşları deyir: "Biz dünyaya bu cür çağırışlar edirik. Əgər Azərbaycanın şərtlərinin yerinə yetirilməsi və məsələnin sülh yolu ilə həlli imkanı varsa, biz nəyə görə buna qarşı çıxmalıyıq? Erməninin ağılsız bir naziri çıxış edərək deyib ki, "biz Azərbaycandan torpaq almalıyıq”. Onlar başa düşürlər ki, bununla heç nə əldə etməyəcəklər. Ermənistan bu cür çıxışlarla bizi qızışdırmaq istəyir". Spiker vurğulayıb ki, hazırda Ermənistanın çalışdığı məsələ Azərbaycanla Aİ arasında saziş imzalanmasına xələl gətirməkdir: "Biz onların təxribatına getməməliyik. Azərbaycan Prezidenti bütün dünyada ölkəmizin mövqeyini açıqlayır, ərazi bütövlüyümüz danışıqlar predmeti deyil”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775