• cümə, 26 Aprel, 00:32
  • Baku Bakı 16°C

Ermənilərin növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib

16.06.21 18:22 510
Ermənilərin növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi keçirilib.
Trendxəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclasında çəkiliş aparılmasının qadağan edilməsi barədə vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib. Prosesdə video və audio çəkilişə icazə verilib.
Daha sonra məhkəmə tərkibi təqsirləndirilən şəxslərə təqdim edilib. Təqsirləndirilən şəxslər hakim tərkibinə etiraz etməyib.
Məhkəmə təqsirləndirilən şəxslərin hüquqlarını elan edib. Bildirib ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina edə və sərbəst ifadə verə bilər.
Hakim bildirib ki, təqsirləndirilən şəxsin hər biri ana dilində ifadə verə və tərcüməçidən istifadə edə bilər, məhkəmə materialları ilə tanış olmaq, məhkəmə baxışında ifadə verməklə son sözlə çıxış etməlidir.
Prosesdə təqsirləndirilən şəxslərə onların hüquqları barədə yaddaş kitabçası paylanılıb.
Vəkil vəsatət qaldırıb ki, təqsirləndirilən şəxslər 2020- cil 13 dekabr ayında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Amma onların həbs müddəti yanvar və fevral ayından hesablanıb. Vəkil bildirib ki, saxlanılan şəxslərin həbs müddəti dekabr ayından hesablansın.
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslər dekabr ayında saxlanılsa da, dindirilmədən sonra onlara ittiham elan edilib. Həmin şəxslərin bəzilərinə yanvar, bəzilərinə isə fevral ayında ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə müşavirəyə yollanıb.
Müşavirədən sonra məhkəmə vəsatəti rədd edib. Daha sonra hazırlıq iclasının qərarı elan olunub. İş üzrə hazırlıq iclasının başa çatdığı bildirilib və məhkəmə prosesi iyunun 25-nə təyin edilib.
banner

Oxşar Xəbərlər