AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır

Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır

Təfsilat
08 May 2021, 17:45 982
Faşist Qaragin Njde ilə bağlı məsələ mənim ermənilərə qarşı illərlə apardığım mübarizənin bir hissəsidir. Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır.
Bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib.
A.Qut qeyd edib ki, Azərbaycanın Xocavənd rayonunda faşist və antisemit Njdenin murdar heykəlinin yığışdırılmasına öz dəstəyini verməyə hazırdı və hər zaman oldugu kimi Azərbaycan və İsrail bu məsələdə birgə mübarizə aparmalıdır. Bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. "Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqının tarixində qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi.
Ona görə də mən bütün platformalarda Njde məsələsini qaldırıram ki, necə olar bilər ki, faşist Hitlerin dostu olan və eyni zamanda antisemist Njdeyə İrəvanda 9 metrlik abidə yaradılıb. Bu özü özlüyündə böyük bir biabırçılıqdır. Çünki heç kim unutmur ki, yaradıcılarından biri faşist Njde olan 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlıqları tarix və yəhudi xalqı heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. Başda general Njde olmaqla erməni legionunun məqsədi yəhudilərə və alman ordusu üçün "yararlı olmayan” digərlərinə qarşı basqınlar törətmək, onları məhv etmək idi.
Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənib. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitinin milli qəhrəman dərəcəsinə qaldırmalarına etinasız baxa bilərikmi? Bu bizim üçün həssas bir məsələdir.
İrəvanda Njdeyə abidə ucaltmaları bəs deyilmiş kimi gəlib Azərbaycanın ayrılmaz hissəsi olan Xocavənddə də o murdar heykəli qoyublar. Hesab edirəm ki, ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır. Bunlar bu faşizmi yalnız Ermənistanda deyil, dünyada da yayırlar. Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir”.