• cümə axşamı, 28 mart, 19:21
  • Baku Bakı 13°C

Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər

26.11.20 11:30 352
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Ermənistan 20 faiz torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altına saxlamaqla təkcə xalqımıza qarşı deyil, eyni zamanda tariximizə, dini-tarixi abidələrimizə qarşı da etnik təmizləmə və soyqırım siyasəti həyata keçirib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu illər ərzində erməniər müsəman dininə məxsus abidələri vəhşicəsinə dağıdıb və bununla kifayətlənməyən mənfur düşmən dini abidələrə, məscidlərə qarşı təhqirəmiz hərəkətlər edib, məscidlərdə heyvan saxlayıblar.
A.Həsənova vurğulayıb ki, işğaldan azad edilən ərazilərdəki dəhşətli vəziyyət ermənilərin işğal altında olmuş bütün torpaqlarımzda, o cümlədən dini-tarixi abidələrimizə qarşı törətdyi vəhşilikləri əyani şəkildə ortaya qoyur:"Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində müharibə cinayətləri törədib. Müxtəlif mədəni, dini və tarixi abidələrimizi dağıdaraq qanunsuz fəaliyyət həyata keçiriblər. Dağlıq Qarabağ və ətraf ərazilərdə rəsmi fəaliyyət göstərən 72 məscid və 140 inanc yeri olub. İşğaldan sonra ermənilər həmin ərazilərdəki abidə və ziyarətgahları məhv ediblər. Həmin tarix-mədəniyyət abidələrinin 4-nün görkəmi dağıdılaraq forması dəyişdirilib. Ümumilikdə 210-dan çox məscid və ziyarət yeri təmamilə dağıdılaraq yer üzündən silinib. İşğal altında olan ərazilərin adları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Bir sözlə ermənilər həmin ərazilərdən Azərbaycan tarixinə aid bütün əsasları silməyə cəhd ediblər”.
Deputat bildirib ki, erməilər təkcə İslam dininə deyil, digər dinlərə də məxsus abidələrə qarşı vəhşilik nümayiş etdirib və həmin abidələri də erməniləşdirməyə cəhd ediblər: "Ermənilər işğal etdikləri ərazilərimizdə alban dövrü dini abidələrin üzərindəki ornament və simvolları dəyişdirərək erməni mədəniyyətinə uyğunlaşdırmağa çalışıblar, hətta xaç daşları, başdaşları və nişan daşları yonaraq işğal olunmuş ərazilərimizdə kütləvi şəkildə yerləşdiriblər.
Lakin ermənilərin bütün bu cəhdləri mənasız oldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızın işğalına son qoydu. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək.
Bildiyiniz kimi Azərbaycanda etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir, Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud vəziyyəti də bunu təsdiq edir. Dövlət başçısı cənab İlham Əliyevin də açıqlamalarında daim qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur”.

banner

Oxşar Xəbərlər