• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

14.07.20 14:37 429
Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir
Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir.
Trend-in məlumatına görə, bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir.
İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb.
İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır.
banner

Oxşar Xəbərlər