• çərşənbə, 24 Aprel, 15:34
  • Baku Bakı 27°C

Erməni müğənnini əsgərlikdə sünnət ediblər - Türkiyədə

12.01.15 13:33 1381
Erməni müğənnini əsgərlikdə sünnət ediblər - Türkiyədə
Erməni əsilli Türkiyə müğənnisi Rober Hatemo hərbi xidmətdə olarkən sünnət olunduğunu bildirib.
Trend-in bazar ertəsi Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, müğənni 1994-cü ildə Adanada hərbi xidmət keçib.
İfaçının sözlərinə əsasən, ona və sünnət olunmayan daha bir əsgərə "kiçik toy" edilib: "Bizi sünnət olunmuş uşaq kimi geyindirdilər və küçələrdə gəzdirdilər".
R.Hatemo əlavə edib ki, komandiri sünnət olunmaq üçün atasından razılığını alıbmış.
Qeyd edək ki, R.Hatemo 1974-cü ildə Çanaqqalada anadan olub.
banner

Oxşar Xəbərlər