AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni memarın etirafı: “İrəvanda ermənilər yaşamayıb”

Erməni memarın etirafı: “İrəvanda ermənilər yaşamayıb”

Təfsilat
29 May 2020, 18:30 271
Rusiyalı videoblogger İlya Varlamov müxtəlif şəhərlərdən reportajlar təqdim etməsi ilə tanınır. Onun növbəti belə videosu Ermənistanın paytaxtı İrəvan şəhərindən olub.
 
Trend-in məlumatına görə, reportajda maraq çəkən məsələ isə Aqnessa adlı erməni memarın dedikləridir. Bəlkə də ilk dəfədir ki, Ermənistanın özündə kimsə açıq şəkildə İrəvanda əvvəllər ermənilərin yaşamadığını deyir və həqiqəti deməkdən çəkinmir. Videoda İrəvanın mərkəzi hissəsində çəkiliş zamanı memar ermənilərin əvvəllər bu şəhərə yalnız alış-veriş üçün gəlib getdiklərini, digər millətlərlə müqayisədə azlıq təşkil etdiklərini deyir.
 
Təəssüf ki, memar "digər” dedikdə azərbaycanlıların adını çəkmir. O, şəhərin sovet dövründə tamamilə yenidən erməni memar tərəfindən qurulduğunu deyir. Aydındır ki, burada söhbət İrəvanın xanlığına xas olan memarlıq nümunələrinin məhv edilib üzərində yeni şəhərin salınmasından gedir. Elə Varlamov da videosunda İrəvanın heç tarixi mərkəzinin olmamasına diqqət çəkir. Çünki bu tarixi mərkəz çoxdan dağıdılıb.
 
Xatırladaq ki, İrəvanın Ermənistana güzəşt edilməsindən 102 il keçir. 1918-ci il iyunun 4-də imzalanan müqaviləyə görə, Dağlıq Qarabağ iddialarından əl çəkmək qarşılığında İrəvan Ermənistana verilib.