• cümə axşamı, 25 aprel, 17:14
  • Baku Bakı 23°C

Erkan Özoral: Koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə bəzi tədbirlər görülüb

24.02.20 12:37 698
Erkan Özoral: Koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə bəzi tədbirlər görülüb
Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində hərəkətə məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirərkən deyib.
E.Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: "Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın zərər çəkməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.
Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: "Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.
banner

Oxşar Xəbərlər