• cümə axşamı, 18 aprel, 18:01
  • Baku Bakı 21°C

Ərəb vəkil livanlı terrorçunun həbsinə görə Azərbaycana təşəkkür edib

14.06.21 18:00 232
Ərəb vəkil livanlı terrorçunun həbsinə görə Azərbaycana təşəkkür edib
Hərbi cinayətlər, o cümlədən hərbi cinayətkarlar cəzasız qalmamalıdır, ona görə də livanlı terrorçunun həbsinə görə Azərbaycana təşəkkürümü bildirirəm.
BunuTrend-ə livanlı ekspert, hüquq müdafiəçisi Tarik Şandib deyib.
O qeyd edib ki, Livan qanunlarına əsasən, cinayətkar dəstənin tərkibində iştirak edən və hər hansı ölkəyə qarşı hərbi cinayətlər törədən ölkə vətəndaşları öz ölkələrində də məhkəmə qarşısına çıxmalıdır: "Livanın da məhkəmə orqanları Azərbaycanda günahsız şəxsləri öldürməyə yollanmış livanlı muzdluları mühakimə etməlidir".
Qeyd edək ki, bu gün Yasamal rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşına hökm oxunub. məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
banner

Oxşar Xəbərlər