Ərəb Dövlətləri Liqasının baş katibi vasitəçi missiyası ilə Sudana səfər edib

Ərəb Dövlətləri Liqasının baş katibi vasitəçi missiyası ilə Sudana səfər edib

Təfsilat
16 İyun 2019, 19:22 169
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində vasitəçi missiyası ilə Sudana səfər edib.
 
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ƏDL-ın baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan "Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək. Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırki vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdir.