• cümə axşamı, 18 aprel, 17:15
  • Baku Bakı 22°C

Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

18.07.19 13:30 22615
Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır
Ərəb Dövlətləri Liqası (ƏDL) Sudanda keçid Hərbi Şurası və "Azadlıq və dəyişikliklər ugrunda qüvvələr” birliyi arasında imzalanmış sazişi alqışlayır.
AZƏRTACxəbər verir ki, Ərəb Dövlətləri Liqasının bununla bağlı bəyanatında bu razılaşmanın hakimiyyət orqanlarının formalaşmasına yol açan sənəd kimi dəstəkləndiyi vurğulanır. Milli barışığın Sudan xalqının gələcəyi naminə atılmış müsbət addım olduğu qeyd edilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, ƏDL-ı Sudana hakimiyyət orqanlarının formalaşması məsələsində və ölkədə təhlükəsizliyin, sabitliyin və milli birliyin qorunub saxlanılmasında dəstəyini davam etdirəcək.
banner

Oxşar Xəbərlər