“Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kurs keçiriləcək

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində
"Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq kurs keçiriləcək.Səfirlikdən "Kaspi”yə verilən məlumata görə,
treninq xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli
mütəxəssis Əşrəf Əhməd Əbdülvahab tərəfindən aparılacaq. Treninqdə ərəb dili
müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı
bacaran tələbələr iştirak edə bilərlər.
Treninqin sonunda iştirakçılara Misir Ərəb
Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq. Qeyd edək
ki, treninq 20-23 dekabr tarixlərində saat 16:00-da Misir Mədəniyyət Mərkəzində
keçiriləcək.
İştirak etmək istəyən şəxslərin Misir Mədəniyyət və Təhsil Əlaqələri
Mərkəzi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqə nömrəsi 012561 12 17.
