• çərşənbə axşamı, 23 aprel, 13:03
  • Baku Bakı 24°C

Ərdoğanla görüşdü, toyuna dəvət etdi

20.05.19 11:57 707
Ərdoğanla görüşdü, toyuna dəvət etdi
"Arsenal”ın futbolçusu Məsut Özil Türkiyəyə səfər edib.
Kaspi.az xəbər verir ki, Özil Türkiyəyə sevgilisi Əminə Gülşə ilə birgə gedib. O, Dolmabxça sarayına da baş çəkib.
Məsut sarayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, onunla şam edib.
Məsut Özil Ərdoğanla DÇ-2018-dən əvvəl görüşərək ona formasını hədiyyə etmişdi. Həmin vaxt onun bu hərəkəti Almaniya siyasi tərəfindən təpki ilə qarşılanmışdı.
Bütün bunlara etiraz əlaməti olaraq, Özil mundialdan sonra Almaniya yığmasındakı karyerasını bitirdiyini elan etmişdi.
Məlumata görə, Özil Ərdoğanı toyuna dəvət edərək, şahid olmasını xahiş edib. Toy mərasimi iyunun 7-də keçiriləcək.
banner

Oxşar Xəbərlər