• çərşənbə axşamı, 19 mart, 09:32
  • Baku Bakı 8°C

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

25.10.21 17:35 258
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
"Report”xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Dövlət başçıları həmçininFüzulidə yeni avtomobil yolunun açılışına qatılacalar.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyənin dəstəyi ilə işğaldan azad olunan Zəngilan rayonunda inşa ediləcək "Ağıllı aqropark"ıntəməlini qoyacaqlar.
"Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrimüzakirə ediləcək, bu münasibətlərindaha da dərinləşdirilməsi nəzərdən keçiriləcək.Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq”, - məlumatdavurğulanıb.
banner

Oxşar Xəbərlər