• çərşənbə axşamı, 16 aprel, 13:52
  • Baku Bakı 19°C

Ərdoğanın aşpazı danışdı: “Ən sevdiyi yemək...”

25.04.16 15:49 3163
Ərdoğanın aşpazı danışdı: “Ən sevdiyi yemək...”
Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O, həmçinin “dünyanın ən cəld qəssabı” adına layiq görülüb. C. Asanı “ətin professoru” da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun yeməklərini yeyir. Cüneyt Asan Lent.az-a Bakıya gəlişinizin məqsədini açıqlayıb: “Dörd ildir Bakı ilə sıx gəliş-gedişim var. Hətta indi neçənci gəliş olduğunu bilmirəm, çünki çox gəlmişəm. İlk növbədə ona görə ki, Azərbaycanı çox sevirəm, eyni zamanda burada restoranlarım var. Azərbaycan bizim ikinci vətənimizdir. Bu ölkəni sevirik. İki aydan bir Bakıya gəlirəm. İki ay keçən kimi bura üçün darıxıram. Bu dəfə yenə Bakı üçün darıxdım və gəldim. Burada dostlarım çoxdur, gələn kimi görüşürük. Bakı çox gözəl şəhərdir. Hələ gecələr Bakı Parisdən də gözəldir”.
Azərbaycan mətbəxini sevdiyini etiraf edən C. Asan lülə kababı haqqında məlumatım olduğunu deyib. Onun ən çox sevdiyi Azərbaycan yeməyinin də adını çəkib. Aşpaz Türkiyədə də Azərbaycan yeməkləri bişirdiyini açıqlayıb: “Ən sevdiyim yemək sizin dolma növlərinizdir və pip dolmasıdır. Heç kim dünyada dolmanı sizdən yaxşı bişirə bilməz. Azərbaycan yeməklərini asanlıqla bişirirəm. Məsələn, tez-tez özümə pip dolma bişirirəm. Burda öyrənmişəm hazırlanmasını. Lakin ətini sizin kimi etmirəm, çünki siz ətləri çox bişirirsiniz. Lülə kababına da quyruq yağını çox qoyursunuz. Çox yağlı olur və insana ağır gəlir. Sizin lülə kababı edirəm, amma yağ əlavə etmirəm”.
Türkiyə prezidentindən tutmuş bir çox siyasətçilər, dövlət adamı, eyni zamanda bir çox sənətçilər onun müştərilərdiir. Onların arasında Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demek Akalın, Murat Boz, Kənan İmirzalı oğlu və s. var. C. Asan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yemək seçimində kaprizli olmadığını deyir: “Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Ərdoğan bəyin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun svmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”.
banner

Oxşar Xəbərlər