• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Ərdoğan: Türkiyə xalqı ölklənin müstəqilliyi və gələcəyini qorudu

16.07.19 09:37 18827
Ərdoğan: Türkiyə xalqı ölklənin müstəqilliyi və gələcəyini qorudu
2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə xalqı öz cəsarəti və qəhrəmanlığı sayəsində ölkənin müstəqilliyi və gələcəyini qorudu.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında təşkil edilmiş mitinqdə çıxışı zamanı deyib.
T.Ərdoğan bildirib: "Mən iyulun 16-na keçən gecə ölkəmizin müstəqilliyi və gələcəyini qorumaq üçün tanklar, təyyarələr və güllələr qarşısına çıxan qəhrəman xalqımızı salamlayıram. Heç bir terrorçu təşkilat heç vaxt bizim birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı poza bilməyəcək".
Türkiyə prezidenti həmçinin S-400 zenit-raket komplekslərinin ölkəyə gətirilməsi məsələsinə də toxunub: "S-400 zenit-raket komplekslərinin ölkə ərzisində yerləşdirilməsi prosesi 2020-ci ilin aprel ayında yekunlaşacaq".
banner

Oxşar Xəbərlər