• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

Ərdoğan: "S-400"lərin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

14.07.19 22:43 14741
Ərdoğan: "S-400"lərin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər
Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər.
Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Habertürk” telekanalında çıxışı zamanı bildirib.
"Ümid edirəm ki, "S-400" komleksinin tədarükü bu il bitəcək, ümumu proses isə 2020-ci ilin aprelinə kimi başa çatacaq. Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik".
Ərdoğan həmçinin Rusiyada hava müdafiə etmə sistemlərinin işlənməsində təlim ala biləcək Türk mütəxəssislərinin sayını artırma imkanını açıqlayıb.
Daha əvvəl Ərdoğan Rusiya ilə S-400 müqaviləsini "müasir Türkiyə üçün ən əhəmiyyətli müqavilə" adlandırıb.
banner

Oxşar Xəbərlər