• cümə, 29 Mart, 02:10
  • Baku Bakı 7°C

Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz olacağını bəyan edib

25.07.17 14:10 2481
Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz olacağını bəyan edib
"Almaniya firmalarının Türkiyə iqtisadiyyatına sərmayə qoymayacağı, ölkəmizdən çıxacağı ilə bizi təhdid edirlər. Bizi bununla qorxuda bilməzlər”.
APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.
Ərdoğan deyib ki, alman şirkətləri on illərdir Türkiyədə fəaliyyət göstərir və gəlir qazanır: "Bu əməkdaşlıq qarşılıqlı faydaya əsaslanıb. Ancaq bizi Türkiyədən gedəcəkləri ilə təhdid edirlər. Dünyada artıq firma yox, firmalar var. Biri gedərsə, yerinə başqaları gələr. Bunlar indi Türkiyəni diqqət mərkəzinə gətirməyə çalışırlar. Bunlar əvvəl də əslində cəhd ediblər, bir nəticə qazana bilməyiblər. Almaniyanın hansısa naziri Türkiyəyə zərər verə biləcəkləri barədə danışır. FETÖ, İŞİD vasitəsi ilə, Gəzi olayları və başqa yollarla Türkiyəyə ziyan vurmağa çalışdılar, bir nəticə əldə edə bilmədilər. İndi də PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG, yəni adınıSuriyaDemokratik Gücləri qoyduqları terror təşkilatına ümid bəsləyirlər. Ancaq buna da çox həvəslənməsinlər”.
Ərdoğan nəzərə çatdırıb ki, Türkiyədə heç bir Almaniya şirkəti ilə bağlı təhqiqat, araşdırma aparılmır: "Gəlib birgə araşdırma aparmağa da dəvət etdim. Almaniya şirkətlərinə qarşı heç bir addım atılmayıb. Türkiyəyə sərmayə axını davam edir. Müdafiə sənayesinə gəlincə, Türkiyə bu sahədə böyük uğurlar əldə edib. Bir neçə əsas məsələ ilə bağlı da nəticə əldə edəndən sonra Türkiyənin bu sahədə heç kimə ehtiyacı olmayacaq”.
ABŞ Silahlı Qüvvələrindəki bəzi komandanların Türkiyənin Rusiyadan S-400havahücumundan müdafiə sistemləri almasından narahatlıq keçirməsinin anlaşılmaz olduğunu söyləyən Türkiyə prezidentiNATOüzvü olan Yunanıstanın illərdir S-300havahücumundan müdafiə sistemlərindən istifadə etdiyini xatırladıb: "İnşallah, S-400-ləri ölkəmizdə görəcəyik və ortaq istehsalını da həyata keçirəcəyik. Bir məqamı da qeyd edim. Türkiyədə fövqəladə vəziyyətin müddətinin uzadılmasından niyə narahat olurlar? ABŞ-da ayrıca ştatlar fövqəladə vəziyyət elan edir. Biz terror təhdidi ilə əlaqədar fövqəladə vəziyyət elan etmişik, niyə narahat olursunuz? Türkiyəni embarqo ilə qorxudacaqlarını düşünürlərsə, yanılırlar. Türkiyə sadəcə Türkiyə deyil. Türkiyənin arxasında Avropadan Asiyaya, dünyada hər yerdə bir dəstək var. Türkiyə ilə təhdid dilində danışmayın, bununla heç nəyə nail ola bilməzsiniz. Düşünürlər ki, Türkiyəni bir küncə sıxaraq, hər hansı istəklərinə nail olacaqlar. Yanılırlar. Biz qarşılıqlı faydalı əməkdaşlığa hazırıq. Yetər ki, qarşımızdakılar da o məntiqlə hərəkət etsin”.
Türkiyə prezidenti ölkədəki suriyalı qaçqınlarla bağlı ictimaiyyətdə məqsədli mənfi rəy yaradılmasına çalışıldığını bildirib: "Statistika göstərir ki, suriyalılar daha az cinayət törədirlər. Ancaq suriyalılar barədə Türkiyə cəmiyyətində mənfi rəy yaratmağa çalışırlar və bunun arxasında hansı qüvvələrin olduğu da bizə məlumdur. 15 iyul hərbi çevriliş cəhdinin qarşısını almışıq, bunlar bizim üçün çox xırda şeylərdir. Biz ilk növbədə özümüzü, partiyamızı yeniləməliyik. Son günlər "cihad”, "cihad” deyildiyi eşidilir. Cihad silahla deyil, ilk növbədə nəfislə mübarizə aparmaqdır. İnanıram ki, nəfisimizlə apardığımız mübarizə ilə yenidən özümüzü təzələyəcəyik, xalqımızın dəstəyini heç vaxt itirməyəcəyik. Nə zaman "status-kvo”nu qorumağa çalışacağıq, deməli, o zaman yolun sonuna gəlmişik. Hər zaman yenidən mübarizə ruhunda olmalıyıq. Yalnız bu halda 2019-da istədiyimiz nəticəni əldə edəcəyik. AKP-nin uğuru Türkiyənin uğuru olacaq. Yenilənmə prosesini aparmalıyıq. Bunun üçün qurultaya hazırlıq prosesini başlatmışıq. AKP-nin hansı yerli təşkilatları bizim ideyalarımız, davamız uğrunda mübarizə aparmırlarsa, bizə ziyan verirlər. Biz buna yol verə bilmərik. 2019-cu il bir qırılma nöqtəsidir. Parlament seçkilərini qazanmaq bizim üçün asan məsələdir. 2019-cu ildə prezident seçkilərində 50+1 səs almalıyıq. Bunun məsuliyyəti də böyükdür, ölkə üçün daha çox xidmət etməliyik”.
banner

Oxşar Xəbərlər