• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Ərdoğan: Minsk qrupu regionda sabitliyi təmin etmək istəyirsə, Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir

01.10.20 16:44 464
Ərdoğan: Minsk qrupu regionda sabitliyi təmin etmək istəyirsə, Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir

ATƏT-in Minsk qrupu regionda sülh və sabitliyi təmin etmək istəyirsə, ilk növbədə Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
O vurğulayıb ki, Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir:
"Ermənistanın Azərbaycan ərazilərini işğalı barədə susan ikiüzlülər və onların Türkiyə ilə Azərbaycana qarşı yönəlmiş bəyanatları heç bir şey ifadə etmir”.
R.T.Ərdoğan bildirib ki, Ermənistan Azərbaycan ərazilərini azad etməlidir.
banner

Oxşar Xəbərlər