• şənbə, 20 Aprel, 11:20
  • Baku Bakı 14°C

Ərdoğan “hamımız erməniyik” deyib - Bağçalı

25.04.14 08:07 1037
Ərdoğan “hamımız erməniyik” deyib - Bağçalı
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı baş nazir Rəcəb Tayyib Ərdoğanın 24 aprel münasibətilə verdiyi bəyanatı sərt tənqid edib.
Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, MHP lideri baş nazirin bəyanatının çox böyük səhv olduğunu bildirib: “Türkiyədə bəzi dairələr “hamımız erməniyik” deyirdi. İndi baş nazir də “hamımız erməniyik” deməyə başlayıb. Bu, böyük yanlışdır. Ərdoğan prezidentliyə namizədlikdən vaz keçməlidir”./apa/
banner

Oxşar Xəbərlər