• cümə axşamı, 25 aprel, 08:01
  • Baku Bakı 14°C

Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik

11.06.21 19:45 263
Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
Şübhəsiz ki, NATO-da ikitərəfli görüşlərdə Ermənistan mövzusu açıldıqda bu barədə danışıqlar olacaq və biz də bu mövzunu müzakirəyə çıxaracağıq. Bütün bunlarla yanaşı, xüsusilə ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında bildirib.
Ölkəmizə səfəri barədə danışan Prezident Ərdoğan deyib: "Azərbaycana səfər edəcəyik. Azərbaycanda qardaşım Prezident İlham Əliyev ilə Şuşada görüşərək, aramızda razılaşma imzalayacağıq. Bu, Türkiyə ilə Azərbaycan arasında geniş bir razılaşma olacaq”.
İştirak edəcəyi NATO Zirvə görüşü barədə danışan Prezident Ərdoğan deyib: "Görüş əsnasında, ilk növbədə, NATO ölkələri olaraq nə etdiklərimiz və edəcəklərimiz gündəmdə olacaq. Türkiyə NATO ölkələri sırasında ilk beşlikdə yer alan güclü bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı münasibətlər müzakirə ediləcək. İkitərəfli görüşlərimiz olacaq. Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və digər ölkə liderləri ilə görüşlərimiz nəzərdə tutulur. Bu rəqəm arta bilər. İkitərəfli danışıqları davam etdirəcəyik”.
banner

Oxşar Xəbərlər