• cümə, 19 Aprel, 07:55
  • Baku Bakı 13°C

Ərdoğan Əlcəzairə səfərə yollanıb

26.01.20 17:40 1146
Ərdoğan Əlcəzairə səfərə yollanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfərə yollanıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın müşayiət ediblər.
Qeyd edilir ki, T.Ərdoğan Əlcəzairdən sonra Qambiya və Seneqala da səfər edəcək.

banner

Oxşar Xəbərlər