Ərdoğan: "Anım Günündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Kaspi.az xəbər verir ki, R.T.Ərdoğan "Twitter” hesabındakı paylaşımında bildirib:"Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığa qovuşduran şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır”.