• cümə, 26 Aprel, 22:53
  • Baku Bakı 22°C

Ərdoğan ABŞ-a gedir

19.09.21 13:45 386
Ərdoğan ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək.
"Report” xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.
Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.
Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi” binasının da açılışını edəcək.
Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.
Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.
banner

Oxşar Xəbərlər