• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Ərazilərin minalardan təmizlənməsi işi dövlət sifarişi kimi təsdiq olunacaq

09.01.21 16:15 345
Ərazilərin minalardan təmizlənməsi işi dövlət sifarişi kimi təsdiq olunacaq

Dövlət sifarişi kimi təsdiq olunan işlərin sayı artırılacaq.
APA-nın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.
banner

Oxşar Xəbərlər