• cümə, 19 Aprel, 10:14
  • Baku Bakı 13°C

Əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb

07.01.22 16:30 389
Əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb
"Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb".
Kaspi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb: "Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər".
banner

Oxşar Xəbərlər