• cümə axşamı, 25 aprel, 03:33
  • Baku Bakı 19°C

Enes Eminoğlu: “Azərbaycan-türk gənclər birliyini daha yüksək səviyyəyə qaldıracağıq”

26.09.21 14:40 235
Enes Eminoğlu: “Azərbaycan-türk gənclər birliyini daha yüksək səviyyəyə qaldıracağıq”
"Bu gün bizim üçün çox vacibdir. Azərbaycanın 44 günlük Vətən müharibəsin başlamasından bir il ötür. Bu qələbə ciddi mübarizənin nəticəsində əldə olundu. Qərarlı və əzmli mübarizənin nəticəsində terror dövləti olan Ermənistanın Qarabağ işğalına son qoyuldu".
Bu fikirləri"Report"un yerli bürosuna Türkiyə Gənclik Fondunun (TÜGVA) rəhbəri Enes Eminoğlu bildirib.
"İki ay əvvəl bizə həm Qarabağ, həm də Şuşaya getmək, o torpaqları görmək qismət oldu. Həqiqətən də misli görülməmiş yerlərdir.
Əminik ki, bundan sonra o torpaqlarda sülh, əminamanlıq və bərəkət olacaq.
Vətən müharibəsinin başlamasının bir ili münasibətilə Azərbaycandan qonaqlarımız, o cümlədən qazilərimiz Türkiyəyə gəlib", - o qeyd edib.
Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkə gənclərinin birliyindən danışan sədr bu qardaşlığın daha da yüksək səviyyəyə qaldırılması uğrunda bütün zəruri addımların atılacağını deyib:
"İki qardaş ölkənin gənclər fondu arasında çox yaxşı əməkdaşlıq var. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı altında bu əməkdaşlığın daha da inkşaf etdirilməsi üçün fəaliyyətimiz davam edir".
banner

Oxşar Xəbərlər