• şənbə, 20 Aprel, 10:38
  • Baku Bakı 14°C

Energetika Nazirliyi ötən il 221 icazə verib

06.01.22 15:19 325
Energetika Nazirliyi ötən il 221 icazə verib
Ötən ilin IV rübündə Energetika Nazirliyi "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 43 icazə verib.
"Report"quruma istinadən xəbər verir ki, bunlardan 42-si ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.
Hesabat dövründə icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Ümumilikdə, ötən il Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 221 icazə verib. Bu icazələrdən 209-u ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 9-u isə tranziti ilə bağlı olub.
Ötən dövr ərzində 203 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
banner

Oxşar Xəbərlər