• cümə axşamı, 25 aprel, 13:40
  • Baku Bakı 23°C

“Ən qədim klub bizik” deyirlər

22.04.20 12:30 598
“Ən qədim klub bizik” deyirlər
"Kristal Pels” İngiltərənin ən qədim klubu adına iddia edir.
Kaspi.az xəbər verir ki, klubun saytında bununla bağlı aparılan araşdırmanın nəticələri yerləşdirilib. Rəsmi olaraq "Kristal Pelas”ın 1905-ci ildə yaradıldığı qəbul olunub.
Amma aparılan araşdırmalardan sonra klubun 1861-ci ildə yaradıldığı üzə çıxır. İngiltərə Futbol Assosiasiyası ən qədim klub "Nots Kaunti”ni hesab edir. Bu komanda 1862-ci ilin noyabrında təsis olunub.
Maraqlıdır ki, FİFA-nın mövqeyi assosiasiyanın mövqeyi ilə üst-üstə düşmür. FİFA "Şeffild”i ən qədim klub sayır və onun 1857-ci ildə yaradıldığını qəbul edir.
banner

Oxşar Xəbərlər