• cümə, 19 Aprel, 13:19
  • Baku Bakı 25°C

Ən çox zərərə düşən “Real”dır

11.02.20 14:27 2145
Ən çox zərərə düşən “Real”dır
"CIES Football Observаtor” araşdırma mərkəzi transfer bazarındakı balansla bağlı hesabat yayıb.
Kaspi.az xəbər verir ki, hesabatda 2019-cu ilin yayından 2020-ci ilin fevralına qədər olan dövr nəzərə alınıb. Bu müddətdə transfer bazarında ən çox "Real” zərər görüb.
"Kral klubu” futbolçuların alınması üçün 330 milyon avro xərcləyib. Satışdan isə cəmisi 149 milyon avro əldə edib. "Real”ın zərəri 181 milyon avro olub.
İngiltərə klubu "Aston Villa” 169 milyon avro zərər edib. "Barselona”nın zərəri isə 166 milyon avro olub.
"Çelsi” isə bu müddətdə ən çox gəlir əldə edən klub olub. "Londonlular futbolçu satışından 250 milyon avro qazanıblar. Yeni oyunçuların alınmasına isə cəmisi 45 milyon avro xərcləyiblər.
banner

Oxşar Xəbərlər