Çempionlar Liqasının finalı Bakıda?
Çempionlar Liqasının 2018/2019-cu il mövsümünün final oyunu Bakıda
keçirilə bilər.
Kaspi.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. İspaniya
mətbuatının yazdığına görə, final görüşü üçün Bakı Olimpiya stadionu daha
şanslıdır.
Məsələ bundadır ki, Bakı Olimpiya stadionuna rəqib olan "Vanda
Metropolitano” arenası UEFA-nın tələblərinə tam cavab vermir. Madriddəki
stadionun 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
Çempionlar Liqasının 2018-19 mövsümünün final oyunu 2019-cu il,
iyunun 1-də keçiriləcək.