• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

Çempionat dayandırılsa, UEFA bu klubu ÇL-ə dəvət edəcək

18.04.20 15:45 893
Çempionat dayandırılsa, UEFA bu klubu ÇL-ə dəvət edəcək
İspaniya çempionatı koronavirusa görə təxirə salınıb.
Amma çempionatın tamamilə dayandırılması variantı da müzakirə edilir. Kaspi.az xəbər verir ki, əgər İspaniya çempionatı tam dayandırılsa, "Atletiko” növbəti mövsümdə də ÇL-də iştirak edəcək.
"Hindular” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar və Avropa Liqasında iştirak edə bilərlər. Amma çempionat dayandırılsa, UEFA "Atletiko”a jest edərək, onları ÇL-ə dəvət edəcək.
UEFA, klubu 2014 və 2016-cı illərdəki çıxışna görə mükafatlandırmaq niyyətindədir. Bir müddət əvvəl məlumat verilmişdi ki, əgər avrokubokları avqustun 3-nə qədər bərpa etmək mümkün olmasa, UEFA cari mövsümü ləğv edəcək.
"Atletiko” cari mövsümdə ÇL-in hazırkı qalibi "Liverpul”u mübarizədən kənarlaşdırıb.
banner

Oxşar Xəbərlər