• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

23.12.21 12:38 204
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Kaspi.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.
Bu xoş gündə qeyd etmək istəyirəm ki, Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.
İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Sizin adınızla bağlayırlar.
Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.
Əziz dost, Sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm".
banner

Oxşar Xəbərlər