AZE | RUS | ENG |

“Emmy” mükafatına namizədlərin adları açıqlanıb

“Emmy” mükafatına namizədlərin adları açıqlanıb
ABŞ-da televiziya dünyasının ən nüfuzlu "Emmy” mükafatlarına namizədlərin adları açıqlanıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 2019-cu ildə mükafata namizədliyi irəli sürülənlər arasında məşhur "Taxt-tac oyunları” serialı 32 nominasiya və HBO və SKY yayım-produksiyon şirkətlərinin lentə aldığı "Çernobıl” filmi isə 19 nominasiya üzrə jüri tərəfindən qiymətləndiriləcək.
Ən yaxşı kişi aktyor mükafatına isə Kit Harinqton ("Taxt-tac oyunları”), Sterlinq Braun (Bu, bizik”) və digər tanınmış simalar namizəd göstərilib. Emilia Klark ("Taxt-tac oyunları”), Cudi Komer ("Qətl ərəfəsi”) və digərləri isə ən yaxşı aktrisa mükafatı uğrunda mübarizə aparacaqlar. Bundan başqa, ən yaxşı komediya filmləri, ikinci dərəcəli obrazların ən yaxşı ifaçısı və digər nominasiyalar üzrə mükafatlar öz sahiblərini tapacaq.
Bu il 71-cisi təşkil olunacaq "Emmy” mükafatlarının təqdimatı mərasimi sentyabrın 22-də Los-Ancelesdə keçiriləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045