• cümə axşamı, 18 aprel, 11:05
  • Baku Bakı 12°C

"Əminəm ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll ediləcək"

14.12.18 11:45 456
"Əminəm ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll ediləcək"
BMT və digər beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı birmənalı şəkildə dəstəklənib: "Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da qərar və qətnamələr qəbul ediblər. Əminəm ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcək”.
O.Əsədov əlavə edib ki, gənclər Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, xüsusilə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.
banner

Oxşar Xəbərlər