• cümə, 19 Aprel, 17:20
  • Baku Bakı 25°C

Əmindir ki, Rummenigge zəng etsə, Mourinyo razılaşacaq

15.01.19 15:30 707
Əmindir ki, Rummenigge zəng etsə, Mourinyo razılaşacaq
Joze Mourinyonun bioqrafı Manuel Pereyra maraqlı açıqlama verib.
Kaspi.az xəbər verir ki, Pereyra Jozenin "Bavariya”dan təklif alacağı təqdirdə, onu qəbul edəcəyini bildirib. O, portuqal mütəxəssisin Bundesliqada çalışmadığını əsas gətirərək, onun bu təklifə isti yanaşacağını vurğulayıb:
"Mourinyo Portuqaliya, İspaniya, İtaliya, İngiltərə çempionatlarında çalışıb. Ancaq o, Bundesliqada heç vaxt işləməyib.
Əgər Rummenigge sabah Mourinyoya zəng edib ona "Bavariya”nın baş məşqçi postunu təklif etsə, əminəm ki, Joze razılaşacaq.
Mourinyonun sonuncu iş yeri "Mançester Yunayted” olub. O, MY-dən ötən ilin dekabrında istefaya göndərilib.
banner

Oxşar Xəbərlər