• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

Emin Hüseynov öz imzası ilə təkcə Azərbaycan vətəndaşlığından deyil, azərbaycanlıya məxsus keyfiyyətlərdən də imtina edib

17.01.19 17:08 1329
Emin Hüseynov öz imzası ilə təkcə Azərbaycan vətəndaşlığından deyil, azərbaycanlıya məxsus keyfiyyətlərdən də imtina edib



Azərbaycanın əleyhinə işləmək üçün xüsusi yetişdirilən agent;
ABŞ hərbi kəşfiyyatının nümayəndəsi ilə nikahlandırılan şəxs;
"Arvad yaylığında” İsveçrənin səfirliyində gizlənən şəxs;
Qrant əldə etmək üçün hər cür əməllərə baş vuran şəxs və s…
Emin Hüseynov adı şəkilən kimi ilk ağıla gələn məhz bu cür yaramaz keyfiyyətlərə malik insan canlanır. Onun haqqında indiyə qədər mətbuatda kifayət qədər faktlar işıqlandırılıb. Belə ki, vaxtilə "Turan” agentliyinin rəhbəri Mehman Əliyev tərəfindən yetişdirilən,Gürcüstanın İctimai İşlər İnstitutuna (GIPA)oxumağa göndərilərək əsl agent olmaq üçün beyni yuyulan E.Hüseynovun adına sonrakı mərhələdə RATİ adlı təşkilat yaradılaraq qrant dəllalına çevrilməsindən tutmuş, qadın libasında İsveçrə səfirliyində gizlənməsinə, Azərbaycanı tərk edəndən sonra qrant əldə etmək üçün hər cür oyundan çıxmasına qədər faktlar səsləndirilib.

Məncə, onların üzərində ayrı-ayrılıqda dayanmaq təkrarçılıq olar. Bircə sözlə ifadə etsək, E.Hüseynov harda Azərbaycanın əleyhinə işləyən qüvvələr varsa, onların yanında peyda olan, ölkəmizə qarşı işləmək üçün bütün variantlarda istifadəyə yararlı bir şəxsdir. Bunun üçün HüseynovunAzərbaycan əleyhinə olan tədbirlərdə etdiyi bütün çıxışlara diqqət yetirmək kifayət edir...
Bu çıxışlar indiyə qədər Azərbaycan dövlətini gözdən salmaq üçün səsləndirilən yalanlardan uzağa getmirdi. Lakin yüksək məbləğlərdə qrantların müqabilində Azərbaycana qarşı işləyən Hüseynov son dövrlər sosial şəbəkələrdə etdiyi iki müraciətdə heç bir etik çərçivəyə sığmayan təhqirlər yağdırmağa başlayıb. Bu şəxs ötən ay müxtəlif tarixlərdə etdiyi iki müraciətində Azərbaycanın indiki və keçmiş dövlət rəhbəri haqqında təhqiramiz ifadələr işlədib. Bu təhqirlər Hüseynovun hansı əxalaqi, mənəvi keyfiyyətlərə malik olmasını yenidən ortaya qoyur.
Məsələnin maraqlı tərəfi isə bu şəxsin birdən-birə təhqirlərə baş vurmasıdır. Hadisələrin sonrakı inkişafı Hüseynovun Azərbaycana qarşı qurulan növbəti oyunda rəzil rol aldığını nümayiş etdirdi. Qardaşı bloger Mehman Hüseynov ətrafında yaşanan proseslər E.Hüseynovun bu oyunda aldığı rolu da gün işığına çıxartdı. Mehman Hüseynovun "aclıq oyunları” fonunda yaşananlar hakimiyyətə qarşı real etiraza qədər inkişaf etdirilməyə hesablanmışdı. Ancaq Azərbaycanda sabitliyi pozmağa hesablanmış bu ssenari də iflasa uğradı. Sorosun dəstəsinə daxil olan şəxslərin də yer aldığı bu oyunu artıq bitmiş saymaq olar. O baxımdan ki, qurulan kampaniya Azərbaycanda ictimai dəstək qazanmadı...
E.Hüseynov isə bir daha hansı keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Bu insanda dəyər anlayışı yoxdur. Təkcə tanıdığı dəyər puldur. İnsanda məhz normal insana xas hissdən əsər-əlamət yoxdur, mənfəət hər şeydən öndə gəlir. Onun son davranışları bir acı reallığı da üzə çıxardı-istəyinə çatmaq üçün, hətta qardaşı Mehman Hüseynova ən ağır cəza belə verilməsinə razılaşıb. Düşünürdü ki, İsveçrədə oturub etdiyi son təhqirlər hakimiyyəti özündən çıxaracaq və ona əl çatmadığı üçün qardaşı ən agır formada cəzalandırılacaq. Amma olmadı...

Əslində Azərbaycan vətəndaşlığından imtina edən bir şəxsdən müsbət nəsə gözləmək də yersizdir. Bu şəxs öz imzası ilə təkcə Azərbaycan vətəndaşlığından deyil, azərbaycanlıya məxsus keyfiyyətlərdən də imtina edib.

Və Hüseynov amalı, inamı pul olan şəxsə çevrilib. Bu adamın pulu hər şeydən üstün tutması isə bir müddət öncə jurnalist Xədicə İsmayılla başladığı qrant davasında, sonuncunun dilindən səslənmişdi...
Elman Babayev
banner

Oxşar Xəbərlər