Əmin edir ki, Qətər hazırdır
"Barselona”nın
sabiq futbolçusu Xavi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Xavi Qətərin, təşkilatçılığın öhdəsindən gələcəyinə əmin olduğunu
bildirib. O, DÇ-2022-də hər hansı bir problemin olmayacağını vurğulayıb:
"Hesab edirəm
ki, onlar turnirə əla hazırlaşırlar. Qətərin milli komandası ilə də hər şey
qaydasındadır. Onlar inkişaf edirlər.
Feliks Sançes
fantastik mütəxəssisdir. Bir sözlə, Qətər yığması mübarizəyə, ölkə isə turniri
təşkil etməyə hazırdır.
Siz artıq Qətərdə
fantastik stadionlar görə bilərsiniz. Hər kəs onların təşkilatçılığı necə həyata
keçirdiklərindən təəccüblənib. Qətərdə futbol mədəniyyəti var”.
Xavi hazırda Qətərin
"Əl-Səəd” klubunda çıxış edir. DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək.