AZE | RUS | ENG |

Əməkhaqları və pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək

Əməkhaqları və pensiyalardakı artımlar inflyasiyaya təsir etməyəcək
Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarında artımlarla bağlı xərc dinamikasının hesablanması birbaşa olaraq göstərir ki, biz inflyasiyaya hər hansı bir ciddi təsir gözləmirik.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir. Yəni ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir.
Onun sözlərinə görə, dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir və ümumilikdə bütün xərcin məbləğinə nəzər saldıqda onun Ümumi Daxili Məhsuldakı və pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil: "Maliyyə naziri bildirdi ki, ciddi inflyasiya təsirini gözləmirik və bunu nəzarətdə saxlayacağıq. Artıq ilk arqumentiniz də öz təsdiqini tapıb. Bu ilin mart ayından minimum əməkhaqları artırılıdı, pensiyalar artırıldı. Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5 faizdir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya göstəricisi yoxdur. Amma hər bir halda istənilən makroiqtisadi siyasət zamanı bu, nəzarətdə saxlanılan məsələdir”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968