AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əməkdar həkim: “Mümkün qədər çox insan peyvənd olunmalıdır”

Əməkdar həkim: “Mümkün qədər çox insan peyvənd olunmalıdır”

Təfsilat
13 Aprel 2021, 22:30 386
"Mümkün qədər çox insan peyvənd olunmalıdır. Peyvənd aşılanmış hər bir fərdi COVID-19-un ağır formalı gedişatından qoruyur, kollketiv immunitetin lazımi səviyyədə olmasına və bu zaman itkilərdən yan keçməyə kömək edir”.
Bunu "Report”un Rusiya bürosuna Rusiyanın Əməkdar həkimi, "Vrachu.ru” servisinin aparıcı elmi redaktoru Mixail Kaqan deyib.
Ekspert qeyd edib ki, kollektiv immunitet virusu çoxalma ehtimalından məhrum etməyə və pandemiyanı nəzarət altına almağa imkan verir: "Epidemiyaya nəzarət etmək üçün tələb olunan minimum kollektiv immunitet səviyyəsi ümumi əhalinin 70 %-ni təşkil edir. Ona təbii yolla nail olmaq böyük itkilərlə müşayiət olunur, digər yandan, vaksinasiya yüz mində bir insanda ciddi fəsadlar olmasını təmin edir. Bu, aydın şəkildə aşılanmanın lazım olduğunu sübut edir”.
M.Kaqan pandemiyanın nə vaxt başa çatacağını söyləməkdə çətinlik çəkib. Onun sözlərinə görə, bu daha çox qurban "axtarışına çıxan” virusla mübarizə tədbirlərinin nəticəsindən, daha əvvəl yoluxub sağalmış insanlara da sirayət edə biləcək yeni ştammların meydana gəlməsindən və peyvənd olunan, fərdi qoruyucu vasitələrdən istifadə edən və digər karantin tədbirlərinə riayət edən insanlardan asılıdır.
"Bu mübarizədə insanların virusu qabaqlaması və onu yayılmaq imkanından məhrum edərək məhv etməsi vacibdir”, - həkim vurğulayıb.