• cümə axşamı, 25 aprel, 02:52
  • Baku Bakı 19°C

Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib

28.05.21 12:11 430
Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib
Müğənni, əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.
Bu barədəAPA-ya Hacı Nuran Hüseynov məlumat verib.
Qeyd edək ki, Zöhrə Abdullayeva uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, xəstəxanada müalicə olunurdu.
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. İlk sənət müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparmışdır. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi ustad sənətkarlardan dərs alıb. Peşəkar səhnəyə İslam Rzayev gətirib. Əvvəl "Lalə" qızlar ansamblının, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Xalq və bəstəkar mahnıları, muğamlar ifa edən Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 24 may 2018-ci ildə oğlu vəfat etdikdən sonra səhnədən uzaqlaşıb.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər