• cümə axşamı, 25 aprel, 12:54
  • Baku Bakı 23°C

“Çelsi” ukraynalılardan UEFA-ya şikayət etdi

19.03.19 11:15 609
“Çelsi” ukraynalılardan UEFA-ya şikayət etdi
"Çelsi” Avropa Liqasının 1/8 finalında Kiyev "Dinamo”su ilə keçirilən cavab qarşılaşmasında ukraynalı azarkeşlərin davranışından narazı qalıb.
Sportinfo.az xəbər verir ki, "Çelsi” rəhbərliyi bununla bağlı UEFA-ya şikayət edib. London klubunu ukraynalı azarkeşlərin irqçi hərəkətləri narahat edib.
"Təqaüdçülər”in yarımmüdafiəçisi Kallum Hadson-Odoi qarşılaşmanın ikinci hissəsində irqçi təhqirlərə məruz qalıb. Artıq UEFA məsələ ilə bağlı araşdırmaya başlayıb”.
İlk qarşılaşmada 3:0 hesabı ilə qalib gələn "Çelsi” təkrar oyunda da 5:0 üstün olaraq, növbəti mərhələyə adlayıb.
banner

Oxşar Xəbərlər