AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elşad Abdulayev indi də separatçı rolunda

Elşad Abdulayev indi də separatçı rolunda

Siyasət
07 May 2013, 12:35 1894
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, adı müxtəlif cinayət əməllərində və korrupsiyada hallanan, qalmaqallı videogörüntülər yaymaqla, ölkənin nüfuzlu siyasi xadimlərinə qarşı qərəzli mövqe nümayiş etdirən Elşad Abdullayev bu dəfə daha bir əməli ilə gündəmə çıxıb. Belə ki, cinayətkar “professor” bu dəfə Avropa ölkələrində Azərbaycana qarşı geniş miqyasda qarayaxma kampaniyası aparan və arxasında erməni lobbisinin dayandığı separatçı «hərəkata» qoşulub. Nəticədə bir daha bəlli olub ki, E.Abdullayevin məqsədi qardaşının itkin düşməsindən sui-istifadə edərək, kirli pullara hesablanmış gəlir mənbələrini daha da artırmaqdan ibarətdir. Bununla da onun bütün rüsvayçı əməllərinтə daha biri əlavə olunub ki, onun da adı dövlətə və millətə xəyanətdir.

Xatırladaq ki, 2013-cü il 6 aprel tarixində İsveçrənin Bazel şəhərində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatının təsis konfransı keçirilib. Kökü separatizm meyllərinə söykənən qondarma təşkilatın konfransına Avropanın 7 ölkəsindən 85 nümayəndə iştirak edib və həmin konfransa Rusiyadan, Kanadadan və Ukraynadan olan iştirakçılar videogörüntülərlə qatılıblar.

Əlbəttə ki, harada separatizm, antidövlətçilik və erməni lobbisi ilə əməkdaşlıq varsa, orada Azərbaycanın dağıdıcı müxalifəti də var olub. Məsələ ondadır ki, konfransın işinə Bakıdan ALP-nin «lideri” Lalə Şövkət Hacıyeva, AXCP sədri Əli Kərimli də qatılıb. Lakin diqqətçəkici məqamlardan biri də “Avropa Azərbaycanlıları Milli Birlik Şurası”-nın konfransına erməni lobbisinin nümayəndələrinin, həmçinin, separatçı “Talış Muğan Respublikası”nın ideyavericilərinin və digər etnik separatçılıq toxumları səpən tərəflərin iştiraklarıdır. E.Abdullayev isə onlarla birgə Azərbaycan dövlətçiliyinə qarşı qərəzli çıxışlar edib. Məsələn, E.Abdullayevin ətrafında olanlardan biri Ataxan Əbilov olub. O, bir zamanlar Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim işləməklə yanaşı, gizli şəkildə “Talış Muğan Respublikası”nın “konstitusiyasını” yazanlardandır. Məhz A.Əbilovun hazırladığı qondarma «konstitusiya» sonradan Azərbaycanın cənub bölgələrində separatçılıq meyllərinin artmasına səbəb olmuşdu. E.Abdullayevin isə “Bizlər talış xalqı olaraq öz dövlətimizi qurmalıyıq və Qarabağ uğrunda döyüşlərə qatılmağımızın heç bir mənası yoxdur, qoy türklər öz torpaqları uğrunda özləri mübarizə aparsınlar. Çünki talışlar və ermənilər eyni kökə, yəni ari irqinə məxsusdurlar” - deyən separatçı ilə bir masa arxasında oturması, bizcə, əlavə şərhə ehtiyacın qalmadığını ehtiva edir.

Təəssüf doğuran odur ki, uzun illər Azərbaycanın çörəyini yeyib-suyunu içən belə satqın fərdlər sonradan öz üzüdönüklüklərini xəyanətkar addımları ilə sübut edirlər. Bu gün E.Abdullayev kimi cinayətkarın ətrafına toplaşan Coşqun Feyzullazadə, Surxan Lətifov, Elnur Məcidli, Rəşad Qurbanov, Canmirzə Mirzəyev, Telman Kazımov, Fərhad Axundov kimiləri söz yox ki, saxtakar “rektordan” maliyyə dəstəyi alırlar. Eyni zamanda E.Abdullayevin Avropada yaşayan erməni lobbisi ilə birgə iş birliyi qurub, “TMR” və başqa separatçı qurumları maliyyələşdirməsi haqqında informasiyalar əldə edilməkdədir.

Qeyd edək ki, qondarma “Avropa Azərbaycanlıları Milli Birlik Şurası”nın arxasında E.Abdullayevin də təmas qurduğu İran və Rusiya xüsusi xidmət orqanlarının göstəriş və təlimatları dayanıb. Bu amil isə nəinki anti-Azərbaycan, bütövlükdə böyük Türk dünyasına qarşı atılmış addım kimi başa düşülməkdədir. Belə separatçılıq meyllərinin təməlində E.Abdullayevin dayanması isə əslində, gözlənilən idi. Çünki ondan hansı satqınçılığı desən, gözləmək mümkündür.

Belə qənaətə gəlmək mümkündür ki, E.Abdullayevin daha bir məqsədi Azərbaycandakı prezident seçkiləri ərəfəsində ölkədə yaranmış siyasi aktivliyi nəzərə alaraq hərəkət etməkdir. O, özünün maraqlarını təmin etmək üçün digər tərəfdaşları ilə birlikdə bu prosesdə iştirak etməyi hədəf seçib. Əbəs yerə deyil ki, E.Abdullayev Strasburqda ermənilərin etdiyi aksiyalara da qoşulur. Məsələn, AŞPA-nın binası qarşısında keçirilən son aksiyada E.Abdullayev öncədən “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi”, separatçı “DQR” və “TMR”-in nümayəndələri ilə birlikdə olub. Onun budəfəki əsas hədəfi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” adı altında keçirilən aksiyalarda iştirak edənlərin sayının həddindən artıq çox olduğunu beynəlxalq mediaya sərgiləməkdən ibarət olub.

Həmçinin, E.Abdullayev qardaşının itkin düşməsindən sui-istifadə edərək, Azərbaycana qarşı intiqam hissini gizlədə bilmir. Hətta ermənilərdən də azğın şəkildə Azərbaycana qarşı düşmən kəsilən E.Abdullayev Almaniyanın paytaxtı Berlində “Meydan TV” kanalının yaradılması təşəbbüsünü müdafiə edib, həmin kanalı maliyyələşdirməyi boynuna götürüb. Ancaq bəlli olduğu kimi, dövlətə qarşı intiqam hissi ilə alışıb-yanan qatı cinayətkar “Meydan TV” kanalı vasitəsilə oranı öz tribunasına çevirməyə çalışır. “Siyasətini” separatçılıq, xəyanət, satqınçılıq və milli düşmənçilik mövqeyində quran bu rəzil fərd unutmamalıdır ki, Azərbaycanın müqəddəs və əbədi varlığı onu heç vaxt bağışlamayacaqdır. Ancaq hələlik, onu haqq məhkəməsi və hiddətli xalq mühakiməsi gözləyir. Bunu unutmasın.

RÖVŞƏN