• şənbə, 20 Aprel, 14:38
  • Baku Bakı 23°C

Elnur Soltanov: “Havaya atılan tullantıları 40 %-dən çox azaltmağa iddialıyıq”

17.05.22 16:45 766
Elnur Soltanov: “Havaya atılan tullantıları 40 %-dən çox azaltmağa iddialıyıq”

İlkin hesablamalara görə, Azərbaycan 2050-ci ilədək ətraf mühitə atılan karbon dioksidlərinin həcmini 40 % azaldacaq, lakin bu nəticə daha da iddialı ola bilər.

“Report”un məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçiilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan üzərinə öhdəlik götürüb

E. Soltanov həmçinin bildirib ki, Azərbaycan 2050-ci ilə qədər işğaldan azad edilmiş əraziləri tamamilə yaşıl enerji məkana çevirəcək.

"Hazırda ölkədə 16,5 % gücündə bərpa olunan enerji istehsalı mövcuddur. Ancaq biz 2030-cu ilə qədər bu istehsal gücünü 30 %-ə çatdırmağı planlaşdırırıq. Bu isə 1,5 GVatt bərpa olunan enerji mənbələri deməkdir. Biz düşünürük ki, bu rəqəm daha da böyüyəcək”, - E. Soltanov vurğulayıb.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda külək enerjisi üzrə 3 000 MVatt istehsal gücü potensialı qiymətləndirilir: “Gələcəkdə bu güc 8 min MVatt-a və ya 8 GVatt-a çatdırılacaq. Bundan başqa, ölkədə günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt həcmində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə su elketrik stansiyalarının inşası üçün böyük potensial var. Bundan başqa, Xəzər dənizinin Azərbaycan sektorunda isə bərpa olunan enerji mənbələrinin potensialı 157 GVatt təşkil edir. Bunun 35 GVatt-ı sabit platformalar üzərində qurula bilər ki, bu da dənizdə üzə bilən platformalardan ucuz başa gəlir”.

E. Soltanov qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş strategiyanın icrası üçün ilk öncə hüquqi-normativ baza təmin olunmalıdır: “Artıq “Enerji səməriliyi haqqında” qanun qəbul edilib. Hazırda "Bərpa olunan enejilər haqqında” qanun layihəsi hazırlanır. Həmçinin, Energetika Nazirliyi normativ aktlar üzərində işləyir. Bu normativ aktlar hazırlandıqdan sonra insanlar öz evlərinin damlarında günəş panelləri yerləşdirə biləcəklər. Bunun üçün isə bir çox mexanizmlər təmin olunmalıdır. Bu məsələnin həlli isə hələ də elektrik enerjisinin qiymətləri ilə bağlıdır. Çünki Azərbaycanda elektrik enerjisinin qiymətləri nisbətrən aşağıdır və bunu çox ehtiyatla tənzimləmək lazımdır. Ancaq bununla belə, Azərbaycan enerji cəhətdən yoxsul ölkə deyil, enerji sərvəti olan ölkədir”.

Nazir müavini həmçinin xatırladıb ki, bu ilin sonuna qədər Azərbaycanda enerji sayəsində ilk hərrac keçiriləcək: “Artıq bununla bağlı şərtlər hazırlanır. İnanıram ki, ilk hərrac ilk sonuna kimi baş tutacaq”.

banner

Oxşar Xəbərlər