• çərşənbə, 24 Aprel, 09:03
  • Baku Bakı 13°C

Elmi-tədqiqat işlərinin yekunları müzakirə edilib

03.12.19 14:00 467
Elmi-tədqiqat işlərinin yekunları müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin 2019-cu il üçün elmi-tədqiqat işlərinin müzakirəsi aparılıb.
İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının Qazaxıstanın paytaxtı Nur-Sultanda "Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda iştirakına dair, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun və şöbənin elmi işçisi Naziyə Məmmədovanın Tbilisidə "Qafqazın mədəni-sivilizasiya kontekstində Gürcüstan” mövzusunda keçirilmiş beynəlxalq konqresdə iştirakına dair, Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyevanın Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üçün "Horizon 2020” proqramına layihə hazırlanması üzrə "Bridge2ERAEAP” adlı təlim proqramında iştirakına dair hesabatları dinlənilib.
Sonda "Qafqazda terror” mövzusunda keçirilmiş respublika elmi konfransının yekunları müzakirə edilib.
banner

Oxşar Xəbərlər