AZE | RUS | ENG |

Elmar Məmmədyarov Vaşinqtonda Filip Riker ilə görüşüb

Elmar Məmmədyarov Vaşinqtonda Filip Riker ilə görüşüb
Vaşinqtona səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü keçirilib.
XİNd-dən Trend-ə verilən məlumata görə, görüşdə həmçinin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də iştirak edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ-Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb.
Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə tərəflər arasında müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi barədə müzakirələr aparılıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019