AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elmar Məmmədyarov sabah İstanbula səfər edəcək

Elmar Məmmədyarov sabah İstanbula səfər edəcək

Siyasət
14 Dekabr 2012, 17:42 1659
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə səfər edəcək.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT – Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, “QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru” sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və Təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.