Əlini sıxmayıb, bəhanə də tapıb
İngiltərə
Premyer Liqasının 26-cı turunda "Mançester Siti” "Çelsi”ni 6:0 hesabı ilə məğlub
edib.
Kaspi.az xəbər
verir ki, qarşılaşma başa çatdıqdan sonra "Siti”nin baş məşqçisi Xosep Qvard
iola "Çelsi”nin çalışdırıcısı Mauritsio Sarriyə yaxınlaşaraq, onunla görüşmək
istəyib. Ancaq italyan çalışdırıcı özünün görməməzliyə vuraraq, paltardəyişmə
otağına gedib.
Təəccüblə həmkarının
arxasınca baxan Qvardiolaya "Çelsi”nin məşqçilər korpusunda yer alan Canfranko
Dzola yaxınlaşaraq, onunla söhbət edib. Sarri isə mətbuat konfransında bildirib
ki, Qvardolanı görməyib:
"Həmin vaxt
Qvardiolanı görmədim. Əlbəttə, bu, normal hal deyil. Hər şey təsadüfən baş
verib. Qvardiola ilə danışacağam.
Onunla heç bir
problemim yoxdur. Sadəcə, paltardəyişmə otağına tez yollanmaq istəyirdim deyə,
onu görmədim”.