• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

22.06.21 12:45 248
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib
Azərbaycan əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.
APA-nın məlumatına görə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyəəsasən, "I dərəcə əlilliyi olan şəxslər” anlayışı "orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, "II dərəcə əlilliyi olan şəxslər” anlayışı "orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, "III dərəcə əlilliyi olan şəxslər” anlayışı "orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.
Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər