• cümə axşamı, 18 aprel, 10:28
  • Baku Bakı 12°C

Əli Kərimliyə və tərəfdaşlarına məğlubiyyət dərsi

19.01.19 18:22 479
Əli Kərimliyə və tərəfdaşlarına məğlubiyyət dərsi
Əvvəlcədən də gözlənildiyi kimi, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumın mitinqi növbəti uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir.
Bunu Trend-ə "Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bu gün Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda "Milli Şura”nın keçirdiyi mitinqi və onun nəticələrini şərh edərkən deyib.
Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy bu qaragüruhçuların sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə yönəlməyib:
"Bu mitinqdə çıxış edən qaragüruhçu "liderlər”in bir neçə gün öncə Avropa Parlamentinin qəbul etdiyi saxta və əhəmiyyətsiz "qətnamə"sindən doğan çirkin məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya "aclıq aksiyası” keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan "narahat” olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, onların heç biri nə Əli Kərimlini, nə də digərlərini maraqlandırır. Onları maraqlandıran ciblərinə axacaqları qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt başda "Milli Şura” və onun rəhbərləri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur”.
B.Quliyev qeyd edib ki, artıq hər kəs Ə.Kərimlinin, Cəmil Həsənlinin çağırışlarından, boş-boş vədlərindən bezib. Əbəs deyil ki, "Milli Şura”nın mitinqinə qatılmayan insanlar bu və ya digər şəkildə müxalifət "liderlər"inə qarşı antipatiyalarını sərgiləyirlər. Artıq cəmiyyət bütün mənalarda dövlətçiliyin yanında olmağın vacibliyini dərk edir:
"Diqqət yetirsək görərik ki, vaxtilə radikal dindarlardan öz məqsədləri üçün istifadə edən Əli Kərimli və havadarları indi də cinsi azlıq nümayəndələrindən faydalanmağa çalışırlar. Əbəs deyil ki, Avropa Parlamentinin saxta və qərəzli "qətnamə"sində bu məsələyə də toxunulub və AXCP sədri dərhal həmin məsələni öz maraqları üçün istifadə etməyə çalışır. Bəlkə də o bunu açıq şəkildə etiraf etməyə də bilər, amma fakt budur ki, Avropa Parlamentinin saxtakarlığına dəstək verilirsə, deməli, həmin "qətnamədə” irəli sürülən "müddəalar” da "liderlər” tərəfindən qəbul edilir. Ümumiyyətlə, nə mənəvi, nə əxlaqi, nə də digər meyarlara sığan bu kimi halların məhz Əli Kərimli, eləcə də "Milli Şura”nın digər rəhbərləri tərəfindən dəstəklənməsindən təəccüblənməyə də dəyməz. Belə ki, bu antimilli qüvvələr şeytanla da əməkdaşlığa hazırdır, təki Azərbaycanın imici korlansın. Bu onların aşkar sifətlərdirir”.
Ekspert sonda vurğulayıb ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, antimilli qüvvələr pozmaq iqtidarında, gücündə deyil: "Çox yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır”.
banner

Oxşar Xəbərlər